
"Yaxşı oynamadım, lakin pis də çıxış etmədim.
Səhv buraxdım, amma özümlə fəxr edirəm, çünki olimpiadada mübarizə apardım".
Sportinfo.az xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vuran Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.
Qrupdakı ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmora uduzan (0:2) idmançı Azərbaycan Badminton Federasiyasına, məşqçisinə və ailəsinə təşəkkür edib:
"Çünki qalib və ya məğlub olmağıma baxmayaraq, onlar məni həmişə dəstəkləyiblər".