“Şükür, əliboş qayıtmadım”

10 Avqust 2024 02:40 Paris-2024 1 203
“Şükür, əliboş qayıtmadım”

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov mükafatlandırılıb.

Sportinfo.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yer alan idmançıya bürünc medal təqdim olunub.

Cəfərovun çıxış etdiyi çəkidə qızıl medal Səid Esmaili Leivesə (İran) təqdim olunub. Ukraynanı təmsil edən əslən azərbaycanlı Pərviz Nəsibov gümüş, kubalı Luis Alberto Orta Sançes isə bürünc medal qazanıb.

“Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım” - bunu Həsrət Cəfərov deyib.

Azərbaycan yığmasının üzvü üçüncü yer uğrunda görüşdə qələbə qazandığı üçün sevincli olduğunu söyləyib:

"Məni dəstəkləyən və qələbəmə sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm.

Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım.

Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcəklər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti