Hacı 1/4 finalda uduzdu

10 Avqust 2024 16:50 Paris-2024 980
Hacı 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Paris-2024-də 1/8 final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, üçqat dünya, dördqat Avropa çempionumuz, Rio-2016-nın bürünc, Tokio-2020-nin gümüş mükafatçısı ilk görüşündə meksikalı Ostin Qomeslə qarşılaşıb.

Ostin Meksikada keçirilən Qran Prinin qalibidir. O, ilk dəfə Olimpiya Oyunlarında iştirak edib.

Hacı 7:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb.

H.Əliyev 1/4 finalda Macarıstan təmsilçisi, dünya və Avropa çempionu İsmail Muszukayevlə mübarizə aparıb. Hacı 3:10 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!