Maqomedxan Maqomedov Paris-2024-ün yarımfinalında!

10 Avqust 2024 15:50 Paris-2024 2 319
Maqomedxan Maqomedov Paris-2024-ün yarımfinalında!

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) Paris-2024-də mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, o, 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.

Görüşdə Maqomedxan 9:0 hesablı qələbə qazanıb. Bununla da o, 1/4 finala yüksəlib.

Maqomedxan Maqomedov Avropa çempionu, dünya çempionatının gümüş və bürünc mükafatçısıdır, həmçinin qitə çempionatında 2 gümüş medal qazanıb.

Luis Migel Peres Pan Amerika Oyunlarının bürünc, Pan Amerika çempionatının isə üçqat gümüş, üçqat bürünc mükafatçısıdır. O, Cənubi Amerika çempionatında 2 gümüş medal qazanıb.

M.Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.

Mateuş dünya çempionatının gümüş, Avropa çempionatının isə gümüş və bürünc mükafatçısıdır. Bu görüşdə Moqamedxan 7:2 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.

M.Maqomedov yarımfinalda Gürcüstan təmsilçisi Givi Matçaraşvili ilə görüşəcək. Givi Matçaraşvili ikiqat Avropa çempionu, dünya çempionatının ikiqat gümüş mükafatçısıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti