Bədii gimnastika üzrə Azərbaycan millisi finala qaldı

9 Avqust 2024 17:00 Paris-2024 1 245
Bədii gimnastika üzrə Azərbaycan millisi finala qaldı

Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzandan ibarət Azərbaycan milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti çıxışlarını edib.

Sportinfo.az xəbər verir ki, komanda bədii gimnastika yarışlarının ikinci günündə qrup hərəkətləri üzrə mübarizəyə başlayıb.

Komandamız halqalarla 33,850, üç lent və iki topla 28,150 xal toplayıb. Yığmamız iki hərəkətin cəmində 62,000 xal yığıb və 14 iştirakçı arasında 8-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb..

Təsnifat mərhələsində 14 yığma mübarizə aparıb. İki hərəkətin cəmində ən yaxşı nəticəyə malik 8 komanda sabah keçiriləcək final raunduna yüksələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA