Süleymanovun bürünc duelində rəqibi - Mahmudov

7 Avqust 2024 16:30 Paris-2024 2 148
Süleymanovun bürünc duelində rəqibi - Mahmudov

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov bu gün Paris-2024-də bürünc medal görüşünə çıxacaq.

Sportinfo.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın rəqibi bəlli olub.

O, mükafat uğrunda Akjol Mahmudovla (Qırğızıstan) qarşılaşacaq.

İkiqat dünya çempionu (2022-2023), Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı və üçqat Asiya çempionu olan Mahmudov təsəlliverici görüşdə kolumbiyalı Ceyr Aleksis Kyero Munoza qalib gəlib.

20:15-dən etibarən əvvəlcə digər çəki dərəcələri üzrə yarımfinal qarşılaşmaları, sonra isə Sənanın da çəkisində medalllar uğrunda yarışlar başlayacaq.

Xatırladaq ki, Sənan ötən gün 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla görüşdə zədə almasına baxmayaraq, mübarizəni sonadək davam etdirib və 2:0 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib.

S.Süleymanov bu dəfə isə Zoltan Levaiyə (Macarıstan) qalib gələrək yarımfinala adlayıb. Yarımfinalda onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Görüş qazax güləşçinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Sənan Süleymanov dünya çempionatının ikiqat gümüş mükafatçısı (2021, 2022) və Avropa çempionudur (2020). O, qitə çempionatında 2 dəfə bürünc medal da qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA