Azərbaycanın Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, o, 1/8 finaldan yarışa qoşulub. H.Cəfərov (21 yaş) Mohamed Elsayedlə (Misir) üz-üzə gəlib.
Həsrət ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Elsayed (26 yaş) Tokio-2020 Olimpya Oyunlarının bürünc mükafatçısı və Afrika çempionatının beşqat qalibidir.
H.Cəfərov 9:0 hesablı (tam üstünlüklə) inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə qazanıb.
Bu mərhələ onun rəqibi Valentin Petiç (Moldova) olub. H.Cəfərov 3:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda onun rəqibi Ukraynanı təmsil edən başqa bir azərbaycanlı Pərviz Nəsibov olub.
O, yarımfinala gedən yolda Mate Nemes (Serbiya) və Amantur İsmayılova (Qırğızıstan) qalib gəlib. P.Nasibov Tokio-2020 Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Bu görüşün Bakı vaxtı ilə saat 20:15-də başlaması nəzərdə tutulub.

