“Hər gün milyonlarla tamaşaçının nəbzi Parisdə idmançılarımızla vurur.
Sevindirici haldır ki, artıq dünən ölkəmizin aktivinə qızıl medal yazılıb.
Belə ki, cüdoçumuz Hidayət Heydərov medal həsrətinə son qoydu. Özü də finalda fransalı həmkarını məğlub etməklə.
Necə deyərlər, Fransa Azərbaycan bayrağının kölgəsində qaldı”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist deyib ki, Azərbaycan xalqı atletlərimizdən medallar gözləyir. Əsas məsələ isə bu medalın Parisdə qazanılmasıdır:
“Hidayət psixoloji və fiziki olaraq Olimpiadaya çox hazır idi. Rəqiblərinin mənfi və müsbət tərəflərini yaxşı bilirdi.
Bu qızıl Fransa hökumətinə “qapaq” olsun. Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransanın "France 2" telekanalının canlı yayımında şərhçilər Azərbaycanla bağlı təxribat xarakterli açıqlamalar verdilər.
"Ötən il Ermənistan üçün matəm ili olub və Qarabağın Azərbaycan Ordusunun əlinə keçməsi ilə nəticələnib" - deyə, kanal şərhçiləri qeyd etdilər.
Azərbaycanın "Ermənistanla ərazi münaqişəsində olan Qafqaz respublikası" kimi təqdim edilməsi fonunda şərhçi bildirdi ki, Ermənistan tarixən fransızların qəlbinə yaxın ölkədir.
Bu, açıq-aşkar Fransanın Azərbaycana qarşı təxribatının barız təcəssümüdür. Hidayət bu zəfəri ilə fransız təxribatına layiqli cavab verdi”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

