Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan ölkələr sırasına düşüb.
Sportinfo.az xəbər verir ki, bu, 73 kq çəki dərəcəsində yarışan cüdoçu Hidayət Heydərovun bu gün finaldakı qələbəsi sayəsində mümkün olub.
Hazırda Azərbaycan millli komandasının aktivində 1 qızıl medal var.
Bu uğura görə Azərbaycan medal sıralamasında 13-cü yeri tutur. Medal qazanan ölkələrdən (qızıl olmayan) 18-si Azərbaycandan geridədir. Bununla belə, gününün sonuna qədər yerdəyişmə də ola bilər.
Saat 21:30-a olan nəticələrə əsasən, sıralamada 1-ci yeri isə Cənubi Koreya tutur (5 qızıl, 3 gümüş, 1 bürünc).

