Mövsümün ikinci yarısına hazırlığını Antalyada (Türkiyə) davam etdirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" "Erzurumspor" ilə qarşılaşıblar. "Neftçi" 1-ci liqa təmsilçisinə qarşı oyunda 1:3 hesabı ilə uduzub.
Bu, yeni baş məşqçi Miodraq Bojoviçin "Neftçi"də ilk sınağı olub.
"Neftçi"nin yanvarın 13-də daha bir yoxlama oyunu nəzərdə tutulub. Ancaq hələlik rəqibin adı açıqlanmayıb. Komanda yanvarın 14-dək Antalyada hazırlıq keçəcək.
"Neftçi" - "Erzurumspor" 1:3
Qollar: Rəhman Hacıyev, 10 - Eren Tozlu, 58-pen; Muhammed Furkan Özhan, 76, Özgür Sert, 79

