"Neftçi"dən aldıqları maaşın haqqını verməyə çalışacaqlar"

1 Yanvar 2024 11:55 Neftçi 2 241
"Neftçi"dən aldıqları maaşın haqqını verməyə çalışacaqlar"

"Bu iki şəxsdən çox şey asılı olacaq".

"Neftçi"nin sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayev Sportinfo.az-a açıqlamasında belə deyib.

Uzun illər ağ-qara formanı geyinmiş veteran oyunçu klubun idman direktoru Yanne Anderson və yeni baş məşqçi Miodraq Bojoviç haqda danışıb:

"Komandaya İsveçdən idman direktoru gətirilib. Yetərincə futbolçu karyerası olub.

Hər futbolçuya da "yaxşı mütəxəssis olacaq" demək olmaz. Ümid edək ki, Andersson da işinin öhdəsindən gələcək və məşqçinin işinə yerində müdaxilələr olacaq.

İnanaq ki, hər iki əcnəbi Bakıya vaxt keçirməyə gəlməyiblər. Aldıqları maaşın haqqını verməyə çalışacaqlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti