"Neftçi"nin yay transferi: "Karyeram ərzində harada oynamışamsa..."

16 Dekabr 2023 13:20 Neftçi 1 534
"Neftçi"nin yay transferi: "Karyeram ərzində harada oynamışamsa..."

"Karyeram ərzində harada oynamışamsa, ən azı 3 il orada qalmışam və uğurlu olmaq üçün çalışmışam.

Bu kluba gələndə hər kəs məni yaxşı qarşıladı və bundan motivasiya aldım. "Neftçi" ilə böyük nailiyyətlər əldə etmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Yuri Matias mətbuat konfransında deyib.

28 yaşlı müdafiəçi qarşılaşmalarda çox vərəqə almasına toxunub:

"Bu, normal deyil. Vərəqə sayı çoxdur. Burada hakimlərlə danışdığım üçün daha çox cəzalanıram.

Əvvəl çıxış etdiyim liqalarda belə deyildi. Artıq özümü daha təmkinli aparmağa çalışıram".

Braziliyalı Azərbaycan Premyer Liqasında hər komandanın digərindən xal ala bildiyini də sözlərinə əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti