
“Neftçi Arena”da Rəhman Hacıyevin mətbuat konfransı keçirilib.
30 yaşlı yarımmüdafiəçi jurnalistlərin özü və komandası ilə bağlı sualları cavablandırıb.
Konfransın gedişində maraqlı səhnə yaranıb.
Stadionun xadimələri sual-cavabın ən qaynar vaxtında əllərində tort konfrans otağına daxil olublar.
“Araz-Naxçıvan”la görüşdə “Neftçi”nin formasında 200-cü oyuna çıxan Hacıyev bu münasibətlə sürprizlə qarşılaşıb.
Xadimələr futbolçunu təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb.
Rəhman Hacıyev 2014-2020-ci illərdə və 2022-nin yayından indiyədək ağ-qara formada 200 oyun keçirib, 22 qol vurub.
O, Premyer Liqada 157 (17 qol), Azərbaycan kubokunda 23 (2 qol), avrokuboklarda isə 20 (3 qol) dəfə “Neftçi”nin formasını geyinib.
HƏBİB / SPORTİNFO.AZ