"Neftçi" yeni baş məşqçi ilə… BUNU DA BİLİN!

23 Aprel 15:00 Neftçi 6 220
"Neftçi" yeni baş məşqçi ilə… BUNU DA BİLİN!

«Neftçi» gələn mövsümə yeni baş məşqçi ilə start verməyəcək.

Miodraq Bojoviçin buradan ayrılmasına az bir müddət qalıb.

«Neftçi» azarkeşi arxayın olsun, o, gedəcək. Daha doğrusu, yola salınacaq.

Bu hadisə qarşıdakı günlərdə də reallaşa bilər, mayda da. İnanmıram ki, proses iyundan o tərəfə uzansın.

Bojoviç «Neftçi»yə heç nə vermir. Tam bir «0».

«Zirə»nin qələbəsinə kölgə salmaq istəmirəm, amma deməliyəm - 10 nəfərlə qalmış rəqibdən qısa müddətdə iki top buraxan və uduzan komandanın baş məşqçisinin burada qalmağa mənəvi haqqı yoxdur.

Azarkeş yenə sevimli «Neftçi»sindən küsüb. Onu mən küsdürməmişəm. Onu sən də küsdürməmisən. Onu futbolçular və məşqçilər küsdürüb.

Klub rəhbərliyi ötən ilin yayında dəyişib. Bu dəyişikliklə görəvə gələnlərin özləri də iki baş məşqçi dəyişib. Adrian Mutu bir səhv, Miodraq Bojoviç iki səhv.

Yeni gələcək baş məşqçi də bunların bir tayı olsa… Day bilmirəm dəyişilmək növbəsi kimə çatacaq.

«Neftçi» Zirədə döyüşmədi. Hesabı açdılar, tez də dayandılar. Daha həvəs göstərmədilər.

Ortada bir az vurnuxdular, bitdi! Final fitini gözləmədilər, son 30-35 dəqiqədə «yatdılar».

Bojoviç bunu gördü, görmədi - deyəmmərəm. Sakit qaldı, müdaxilə etmədi - deyə bilərəm.

Hazırdırlar. Tək Bojoviçin özü deyil, futbolçular da.

Onlar «Neftçi» nədir, bu klubun tarixi nədir, əhəmiyyəti, yeri, çəkisi nədir - bilmirlər. Bu qədər bilməyən, nabələd bir arada… nəticə necə olmalıdır ki?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti