"Neftçi"dən yeni mövsümün ilk transferi - 3 illik müqavilə imzaladı

17 Mart 20:25 Neftçi 5 544
"Neftçi"dən yeni mövsümün ilk transferi - 3 illik müqavilə imzaladı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərovun «Neftçi»yə keçidi rəsmiləşib. «Qəbələ»nin yetirməsi «ağ-qaralar»la ön müqavilə imzalayıb. 2002-ci il təvəllüdlü orta sahə oyunçusu paytaxt təmsilçisi üçillik sözləşməyə qol çəkib.
Yeni mövsümün hazırlıqlarına indidən başlayan «Neftçi» bu transferə görə «qırmızı-qaralar»a kifayət qədər yüksək təzminat ödəyib. Məbləğ də bəllidir - 350 min manat.
«Qarabağ» da Səfərovun xidmətində maraqlı idi. Qurban Qurbanov Zaqataladan olan həmyerlisini öz sərəncamında görmək istəyirdi. Sadəcə, «köhlən atlılar»ın təklif elədiyi 250 min manat kompensasiya «Qəbələ»ni razı salmadı.
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti