Bu məbləğin hamısını “Neftçi” vermədi - Pulun bir hissəsi borca ödənildi

20 Yanvar 2024 08:20 Neftçi 1 436
Bu məbləğin hamısını “Neftçi” vermədi - Pulun bir hissəsi borca ödənildi

“Neftçi”nin yeni transferi Alfa Kontenin Bakı klubuna keçid qiyməti bəlli olub.

Sportinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “Lokomotiv” 23 yaşlı oyunçunu 150 min avroya buraxıb.

Ancaq bu məbləğin hamısını “Neftçi” qarşılamayıb. Məsələ burasındadı ki, “Lokomotiv” Sierra Leone millisinin üzvünə borclu olduğundan, pulun bir hissəsi həmin borcların ödənilməsi üçün silinib.

Alfa Konte “Neftçi” ilə 3,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti