"Beşiktaş"dan ayrıldı, "Neftçi"nin maraq dairəsinə düşdü

21 Aprel 09:50 Neftçi 6 044
"Beşiktaş"dan ayrıldı, "Neftçi"nin maraq dairəsinə düşdü

"Beşiktaş"ın Berkay Vardarla yollarını ayırmasından xəbərdarsız.

İstanbul təmsilçisi 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

"Beşiktaş"ın yetirməsi olan Vardar mövsümün əvvəlindən qış fasiləsinə qədər icarə əsasında Moldova "Şerif"ində çıxış edib.

B.Vardar Azərbaycanın U-17 və U-19 millilərinin hərəsində 3 oyun keçirib. O, hər iki yığmada 1 qol vurmağı bacarıb.

Berkay daha sonra Türkiyənin U-21 millisində 1 matçda iştirak edib.

Dayaq yarımmüdafiəçisi karyerasını Super Liqada davam etdirə bilər. «Karagümrük» və «Sivasspor» onunla yaxından maraqlanır.

Berkayı sərəncamında görmək istəyənlər yalnız onlardan ibarət deyil. «Neftçi» də yığmamızın sabiq üzvünün mümkün transferi ilə bağlı araşdırma aparmağa başlayıb.

Bakılılar "Beşiktaş"ın yetirməsinin şərtlərini öyrənmək üçün menecerləri işə qoşub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti