Qara “Neftçi”yə daha çox oynamaq üçün gəlmişdi, yoxsa..?

2 Aprel 19:20 Neftçi 1 177
Qara “Neftçi”yə daha çox oynamaq üçün gəlmişdi, yoxsa..?

Qara Qarayev yayda “Qarabağ”ı “Neftçi”yə dəyişəndə “köhlən atlar”ın baş direktoru Əmrah Çəlikəl saytımıza müsahibəsində demişdi ki...

Sitat: “Nə oldusa, iki gün ərzində oldu.

Bir ay, ayyarım əvvəlki açıqlamalarına baxsanız görəcəksiniz ki, “ancaq “Qarabağ”da oynamaq istəyirəm, futbolla “Qarabağ”da vidalaşacağam” kimi sözlər var.

“Qarabağ”da oynamaq şansı az olduğundan, mütəmadi forma şansı qazanmaq istədiyini dedi və getdi. Bu məsələdə bizim üçün vacib olan baş məşqçinin yanaşması idi ki, Qurban Qurbanov da “qalmaq istəmirsənsə, gedə bilərsən” söylədi”.

Səhv etmirəmsə, futbolçunun özü də mətbuata açıqlamasında meydanda daha çox olmaq üçün “Neftçi”ni seçdiyini bildirmişdi.

Qara 2023-ün avqustundan “ağ-qaralar”ın şərəfini qoruyur. Bu müddətdə Adrian Mutu və Miodraq Bojoviçin rəhbərliyi altında oynamağa imkan tapan yarımmüdafiəçinin mart ayına qədər olan statistik göstəriciləri ilə tanış olaq.

Premyer Liqa

Ümumi oyun sayı – 19

Dəqiqə sayı – 1338

Əsas heyətdə meydana çıxdığı oyun sayı – 16

Əvəzləndiyi oyun sayı - 6

Ehtiyatda qaldığı oyun sayı – 7

Sonradan meydana çıxdığı oyun sayı – 3

Sona qədər ehtiyatda qaldığı oyun sayı – 4

Məhsuldar ötürmə sayı – 1

Qol - yoxdur

Azərbaycan kuboku

Oyun sayı – 1

Dəqiqə sayı – 90

Qol+ötürmə - yoxdur

“Qarabağ”ın heyətində avrokuboklarda iştirak etdiyi üçün, qaydalara görə ötən yay “Neftçi”nin heyətində Konfrans Liqasında forma geyinməyib.

Göründüyü kimi, Azərbaycan millisinin sabiq üzvü cari Premyer Liqa mövsümündə 28 mümkün oyundan cəmi 19-da şans qazanıb ki, bunların yalnız 16-da “11-lik”də yer alıb. Qısa müddət zədə səbəbindən adı iştirak ərizəsinə salınmayıb.

İndi isə 2022-23 mövsümündə “Qarabağ”ın heyətindəki statistik göstəricilərinə nəzər yetirək.

Premyer Liqa

Ümumi oyun sayı – 28

Dəqiqə sayı – 1400

Əsas heyətdə meydana çıxdığı oyun sayı – 17

Əvəzləndiyi oyun sayı - 14

Ehtiyatda qaldığı oyun sayı – 18

Sonradan meydana çıxdığı oyun sayı – 11

Sona qədər ehtiyatda qaldığı oyun sayı – 7

Qol sayı – 1

Məhsuldar ötürmə sayı - 2

Azərbaycan kuboku

Oyun sayı – 2

Dəqiqə sayı – 92

Əsas heyətdə meydana çıxdığı oyun sayı – 1

Ehtiyatda qaldığı oyun sayı – 1

Qol+məhsuldar ötürmə - yoxdur

Çempionlar Liqası və Avropa Liqası

Ümumi oyun sayı – 12

Dəqiqə sayı – 916

Əsas heyətdə meydana çıxdığı oyun sayı – 10

Əvəzləndiyi oyun sayı – 5

Ehtiyatda qaldığı oyun sayı – 4

Sonradan meydana çıxdığı oyun sayı – 2

Sona qədər ehtiyatda qaldığı oyun sayı – 2

Məhsuldar ötürmə - 1

Qol: yoxdur

Ötən mövsüm “Qarabağ”ın heyətində 28-i əsas heyətdə olmaqla 42 oyunda meydana çıxıb,

1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Qara Qarayev yayda daha çox şans qazanmaq istədiyini deyib çantasını yığmışdı. Yeni komandasındakı durumu isə yuxarıda rəqəmlərlə qeyd olunub.

Məlum duruma baxmayaraq, səbəbkar mətbuatdan uzaq gəzir, hazırkı vəziyyəti ilə bağlı danışmaq istəmir. Və ehtiyatda qaldığı oyunlardan sonra Qəbələdə olduğu kimi şən görünür.

Siz deyin, Qara “Neftçi”yə daha çox oynamaq üçün gəlmişdi, yoxsa?

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti