“Neftçi“nin baş məşqçisi: “Ondan heç bir narazılığım yoxdur“

17 Yanvar 2020 20:55 Neftçi 1 148
“Neftçi“nin baş məşqçisi: “Ondan heç bir narazılığım yoxdur“

“Beş gündür təlim-məşq toplanışındayıq, hazırlığımız normal gedir“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi-2“nin baş məşqçisi Mahmud Qurbanov deyib.

Bakı klubunun əvəzedici heyəti artıq 2 yoxlama matçına çıxıb. Toplanış çərçivəsindəki ilk sınaq görüşündə “Qaradağ Lökbatan”ı 3:2 hesabı ilə məğlub etmiş “Neftçi-2” ardınca MOİK-i də üstələyib - 4:0.

Bakılılar yanvarın 24-ü “Qarabağ-2”, 30-u isə “Sabah-2” ilə qarşılaşacaq. Qurbanov qış fasiləsində heç bir futbolçunu komandadan göndərmədiyini bildirib:

“Kimlər varıydısa, hamısı qalır. 19 yaşlılardan bir neçə nəfəri düşərgəyə cəlb etmişik. Məşqlər qaydasındadır, şükür, zədəlilərimiz də yoxdur. Klub rəhbərliyi normal hazırlıq keçməyimiz üçün hər cür şərait yaradıb.

Daroi Frederiko da artıq bizimlədir. İki yoxlama oyununun hərəsində bir hissə meydana buraxmışam, yaxşı təsir bağışlayıb. İki qol da vurub. Ondan heç bir narazılığım yoxdur.

Bilirsiz ki, Dario əsas komandanın futbolçusudur. Onlar Antalya toplanışından qayıdanədək Dario bizdə məşq edəcək. Sonra nə qərar veriləcək, onu mən bilmirəm“.

Digər Xəbərlər
Xəbər Lenti