COP29

"Neftçi"nin futbolçusu: "Oyundan sonra bəzən əsəbi oluruq"

2 Dekabr 2023 03:30 Neftçi 948
"Neftçi"nin futbolçusu: "Oyundan sonra bəzən əsəbi oluruq"

"Oyundan sonra bəzən əsəbi oluruq və danışmağa hazır olmuruq.

Bu səbəbdən "Araz-Naxçıvan"la matçdan sonra danışmaq istəmədim".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib.

30 yaşlı yarımmüdafiəçi baş məşqçinin işinə qarışmaq istəmədiklərini söyləyib:

"Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərik".

Hacıyev səhvsiz mütəxəssisin olmadığını söyləyib:

"Nəzərə almalıyıq ki, meydanda çıxış edən futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq.

Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya təzyiq var.

Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq.

Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır.

Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!