Yeni baş məşqçini yaxşı tanıyan Emin Mahmudov: "Onunla uğurlu nəticələr qazanacağıq"

29 Dekabr 2023 13:20 Neftçi 1 889
Yeni baş məşqçini yaxşı tanıyan Emin Mahmudov: "Onunla uğurlu nəticələr qazanacağıq"

"Ümid edirəm ki, Bojoviçlə uğurlu nəticələr qazanacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin kapitanı Emin Mahmudov komandanın yeni baş məşqçisi Miodraq Bojoviç haqqında danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi Monteneqrodan olan mütəxəssisi Rusiyadan tanıdığını söyləyib:

"O, “Dinamo”, “Lokomotiv” kimi böyük klublarda, eləcə də digər komandalarda işləyib. Bojoviçin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.

İnşallah, onunla işləməyimiz uğurlu alınar. Rusiyada onun çalışdırdığı komandalara qarşı oynamışam deyə, orada tez-tez qarşılaşırdıq”.

Miodraq Bojoviç "Neftçi"nin baş məşqçisi postunda rumıniyalı Adrian Mutunu əvəzləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti