Millinin yeni siması satıldı - "Qarabağ"ı, yoxsa "Neftçi"ni seçdi? - SON DƏQİQƏ XƏBƏRİ

4 Mart 2024 13:00 Neftçi 9 266
Millinin yeni siması satıldı - "Qarabağ"ı, yoxsa "Neftçi"ni seçdi? - SON DƏQİQƏ XƏBƏRİ

Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərov yeni mövsümə «Qəbələ»də başlamayacaq.

Premyer Liqanı tərk etmək üzrə olan klub öz yetirməsini satmağı qərara alıb.

«Qırmızı-qaralar» 2002-ci il təvəllüdlü gəncə görə aldığı iki təklifdən birini qəbul edib. «Qarabağ»ın maraq dairəsində olan orta sahə oyunçusu növbəti sezondan etibarən «Neftçi»nin formasını geyinəcək.

Ölkə kubokunun son sahibi daha yüksək təzminat ödəməyə razılaşan «ağ-qaralar»la əl sıxışıb.

Paytaxt təmsilçisi millinin debütantı ilə uzunmüddətli müqavilə imzalayacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti