“Neftçi”nin sabiq prezidenti: “Büdcə yaxşı şeydir, amma...”

15 Aprel 21:00 Neftçi 1 102
“Neftçi”nin sabiq prezidenti: “Büdcə yaxşı şeydir, amma...”

“Büdcə yaxşı şeydir, amma hər şey demək deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq prezidenti Kamran Quliyev deyib.

2018-2023-cü illərdə paytaxt klubuna rəhbərlik etmiş funksioner “son illərin ən böyük büdcəsi indiki "Neftçi"dədir. İndiki büdcə sizin dönəminizdə olsaydı, bir yox, bir neçə çempionluq qazana bilərdiz” sualına cavabında bunları söyləyib:

“Onu Allah bilər. Büdcə, sadəcə, səviyyəli yeni futbolçular gətirə bilir.

İndiki “Neftçi” həmin səviyyəli futbolçuları gətirə bilibmi? Yayda və qışda edilən transferlərin hamısını demirəm.

Ancaq 1-2 nəfəri fərqləndirmək olar. Ad çəkməyəcəm.

Lakin "Neftçi"nin uğurları üçün həmin futbolçular faydalı ola bilər. Bu, mənim subyektiv fikrimdir”.

Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU