“Neftçi”də SON DURUM - 3 oyunçunun xidmətindən yararlana bilməyəcək

8 Mart 17:20 Neftçi 847
“Neftçi”də SON DURUM - 3 oyunçunun xidmətindən yararlana bilməyəcək

Azərbaycan Premyer Liqasının XXVI turunda "Kəpəz"lə matçdan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu açıqlanıb.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, "ağ-qaralar" səfər oyununda 3 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Fərdi hazırlıq keçən yarımmüdafiəçi Azər Əliyevin növbəti həftədən komanda ilə məşqləri bərpa edəcəyi planlaşdırılır.

Qapıçı Emil Balayev, həmçinin Fələstin millisində zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə prosesini davam etdirirlər.

"Kəpəz" - "Neftçi" görüşü martın 9-da, saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti