Efirdən ağır tənqid etdi: "Neftçi" küçə futbolu oynayır” - VİDEO

15 Mart 18:00 Neftçi 549
Efirdən ağır tənqid etdi: "Neftçi" küçə futbolu oynayır” - VİDEO

“Peşəkar komanda belə qollar buraxmalı deyil”.

Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.

O, Premyer Liqanın son turunda “Kəpəz”lə səfər matçında 3:3 edən “ağ-qaralar”ın futbolçularının gülünc səhvlərə yol verdiyini deyib:

“Mən onları şiddətlə qınayıram. Küçə futbolu oynayırlar.

Yəqin ki, Bojoviç oyunun təhlili zamanı ikinci qol epizodunu göstərib. Burada Moreno və Azər Salahlı öz mövqeyini boş buraxır.

Rza Cəfərova isə qapı xəttinin üzərindən qol vurulur. Qapı xətti istənilən qapıçının yataq otağıdır. Gərək heç bir qapıçı oradan qol buraxmasın”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti