“Neftçi”nin bu futbolçularını sıxmaq olmaz!

15 Aprel 16:40 Neftçi 1 344
“Neftçi”nin bu futbolçularını sıxmaq olmaz!

«Neftçi» qısa fasilədən sonra turnir cədvəlində ikinci pilləyə qayıtdı və «Qarabağ»a «qonşu» oldu.

Miodraq Bojoviç üçün bu, xoş gün deməkdir. Rəhbərlik monteneqrolunun fəaliyyətinə mayda - mövsümün sonunda qiymət verəcək.

Onun tutacaq bir yeri varsa, o da gümüş medal ola bilər.

Bojoviç dörd aydır «Neftçi»nin sükanı arxasındadır. Ötən müddətdə nəticələr sabit olmayıb. Göstəricilər ziq-zaqvaridir. Nə tökərsən aşına, o da çıxar qaşığına.

O, yeni üslub, yeni fəlsəfə gətirmədiyi üçün komanda da Bojoviçin üzünü güldürmür.

«Araz-Naxçıvan»la qarşılaşma, yəqin ki, Bojoviçi yuxudan oyadacaq. Birdəfəlik dərk edəcək ki, «Neftçi» hücum futbolu oynamalıdır və heç bir rəqib önünə «iki nömrə» ilə çıxmamalıdır.

Orta sahəsində yaradıcı oyunçuları çox olan Bojoviç Emin Mahmudovdan, Rəhman Hacıyevdən, Kilian Lebondan daha yaxşı yararlanmağın vasitələrini axtarıb tapmalıdır. Hər biri qiymətli futbolçudur.

Sadəcə, onlardan düzgün istifadə etmək şərtdir. Bojoviç sərəncamındakı adları sıxmamalıdır, yaxalarını bir az boş buraxmalıdır, sərbəstlik verməlidir.

Adrian Mutu nümunəsi göz önündədir. Rumıniyalı komandanı o qədər sıxdı ki… Axırda da özü çıxıb getməli oldu.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU