"Azərbaycanda milliyə rəhbərlik edə biləcək yerli məşqçilər var”

17 Mart 08:50 Neftçi 769
"Azərbaycanda milliyə rəhbərlik edə biləcək yerli məşqçilər var”

“Milliyə dəvət aldığım üçün şadam”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.

“FİFA series-Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandasının heyətinə dəvət alan 33 yaşlı futbolçu qarşıdakı görüşlərdə özünü yaxşı tərəfdən göstərməyə çalışacağını bildirib:

“Qarşıda millinin 2 oyunu olacaq. Düşünürəm ki, nəinki mən, dəvət alan hər kəs şans qazanacaq. Hər bir futbolçu yığmada özünü yaxşı tərəfdən göstərmək istəyir”.

O, Monqolustan və Bolqarıstanla görüşlərdən də söz açıb:

“Hər iki oyuna ciddi yanaşmaq və qələbə qazanmaq lazımdır. Milli komandanın hər bir oyunu vacibdir”.

“Neftçi”nin üzvü hazırda yığmaya müvəqqəti rəhbərlik edən Arif Əsədovun futbolçular üçün tanış sima olduğunu söyləyib:

“Arif Əsədovu tanıyıram. Artıq bir neçə ildir milli komandada köməkçi məşqçi kimi çalışır. O özü də futbolçuları yaxşı tanıyır”.

“Sizcə, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdır” sualını F.Ozobiç belə cavablandırıb:

“Bu barədə AFFA rəsmiləri danışsalar, daha yaxşı olar. Hər halda qərarı onlar verir.

Mənim üçün bunun ciddi fərqi yoxdur. Əsas odur ki, yeni baş məşqçi komandaya fayda versin.

Amma hesab edirəm ki, Azərbaycanda milliyə rəhbərlik edə biləcək yerli məşqçilər var”.

Digər Xəbərlər
Xəbər Lenti