«Neftçi»nin yeni baş məşqçisi Miodraq Bojoviç düşərgədə olan futbolçular barədə ilkin rəyini verib.
O, yanvarın 4-dən Antalya toplanışında iştirak edən oyunçularla bağlı raport hazırlayıb.
Klub rəhbərliyi ilə görüşündə təəssüratlarını bölüşən monteneqrolu mütəxəssis bildirib ki, sərəncamındakıların əksəriyyətindən narazı deyil. Bununla belə, qeyd eləyib ki, heyətin daha da gücləndirilməsi vacibdir.
Balkanlı çalışdırıcı yayda alınmış legionerlərin müqavilə şərtləriylə maraqlanıb, onlardan 2-3 nəfərlə əməkdaşlığa son verilməsinin yollarını soruşub.
Bojoviç bu qənaətdədir ki, Lukas Melano və Andre Şinyaşiki kimi hücumçular yüksək tələblərə cavab vermir.
SPORTİNFO.AZ

