“Bayer”in kapitanı “Qarabağ”dan danışdı: "Qarşımızda çox istəkli komanda var idi”

11 Mart 08:30 Neftçi 416
“Bayer”in kapitanı “Qarabağ”dan danışdı: "Qarşımızda çox istəkli komanda var idi”

"Qarabağ" kifayət qədər keyfiyyətli oyun nümayiş etdirdi".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "Bayer"in müdafiəçisi Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

Almaniya millisinin üzvü bildirib ki, görüş onlar üçün asan keçməyib:

"Qarşımızda çox istəkli komanda var idi. Fikrimcə, "Qarabağ" yaxşı qurulmuş kollektivdir. Bizə qarşı da kifayət qədər əla oyun nümayiş etdirdilər".

28 yaşlı futbolçu "Qarabağ"a qarşı doğma meydandakı oyunun da asan keçməyəcəyini söyləyib:

"Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik. Tofiq Bəhramov adına Respublika Stadionundakı atmosfer də əla idi".

"Qarabağ" "Bayer"lə cavab qarşılaşmasını martın 14-də Leverkuzendə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti