Azərbaycanda bunu bacaran 10 futbolçudan biri “Neftçi”də

11 Mart 20:20 Neftçi 1 123
Azərbaycanda bunu bacaran 10 futbolçudan biri “Neftçi”də

Filip Ozobiç Azərbaycan çempionatlarında ikinci het-trikə imza atıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, xorvat əsilli yarımmüdafiəçi iki fərqli klubda het-trik edən futbolçular siyahısına daxil olub.

Ozobiç bunu Premyer Liqanın 26-cı turunda rəsmiləşdirib. “Neftçi”nin futbolçusu “Kəpəz”lə səfər matçında (3:3) üç qol vurub.

O, 2020/21 mövsümündə “Qarabağ”ın heyətində də belə məhsuldar oyun keçirib.

2020-ci il noyabrın 8-də də səfərdə üç qol vuran Ozobiç indiki komandası “Neftçi”ni məyus edib. Həmin görüşdə də 6 qol qeydə alınsa da, bütün topları qonaqlar vurublar – 0:6.

“Qarabağ” və “Neftçi”də het-trikə imza atan Filip Azərbaycan çempionatının 21-ci əsrdə keçirilən oyunlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçudur. Ona qədər 9 oyunçu bunu bacarıb.

Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) hərəsi üç klubun heyətində belə məhsuldar matç keçirib. Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti