"Neftçi" maaş artımına getdi, yeni müqaviləni RAZILAŞDIRDI

15 Aprel 13:00 Neftçi 2 661
"Neftçi" maaş artımına getdi, yeni müqaviləni RAZILAŞDIRDI

"Neftçi" Kilan Lebonla bağlı narahatlığa son qoyub.

2023-cü ilin yanvarında Azərbaycana dəvət olunmuş fransalı legioner növbəti 2 mövsümü də ölkəmizdə keçirəcək.

Hazırkı sözləşməsi iyunda başa çatacaq 26 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə şərtləri razılaşdırılıb.

Əslində, ötən ilin əvvəlində onunla 1,5+1 il müddətinə kontrakt bağlanmışdı. Sadəcə, 22 nömrəli formanı geyinən əcnəbi oyunçuya son vaxtlar taliblərin çox olmasını nəzərə alan klub rəhbərliyi anlaşmanın daha uzunmüddətli olmasını lazım bilib.

Buna əsasən, Sent Martin millisinin üzvünün əməkhaqqısı artırılıb.

Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Nidelrandın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU