“Neftçi” bura köçəcək

20 Aprel 02:30 Neftçi 594
“Neftçi” bura köçəcək

“Neftçi” 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək.

Sportinfo.az xəbər verir ki, bunu “ağ-qaralar”ın idman direktoru Yens Andersson deyib.

İsveçli funksioner hazırda idman qurğusunda işlərin sürətlə davam etdiyini bildirib:

“İşçilər indi də çalışırlar. Orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər cür şərait olacaq.

Bazaya böyük investisiya qoymaq cəsarət tələb edir. Məncə, bina həddindən artıq böyükdür.

Bizə hələlik üç mərtəbəsi lazımdır. Bu isə qısa zamanda həll ediləcək”.

Digər Xəbərlər
Xəbər Lenti