Əgər Emin Mahmudov "Neftçi"dən getmək istəsə... Bu XƏBƏRƏ DİQQƏT!

6 Aprel 13:00 Neftçi 3 556
Əgər Emin Mahmudov "Neftçi"dən getmək istəsə... Bu XƏBƏRƏ DİQQƏT!

2017-cı ildən «Neftçi»nin formasını geyinən Emin Mahmudov mövsümün sonunda buradan ayrıla bilər.

Klub rəhbərliyi yarımmüdafiəçinin çıxışından və yanaşmasından olduqca narazıdır.

Kapitanın son həftələrdə ehtiyatda qalması da bu münasibətin nəticəsidir. Baş məşqçi Miodraq Bojoviçin onunla bağlı fikirləri rəsmilərin mövqeyi ilə üst-üstə düşür.

Monteneqrolu çalışdırıcı bu qənaətdədir ki, Emin kollektivə can yandırmır, özünü qorumağa çalışır və liderlik xüsusiyyətlərindən yoldaşları arasında istifadə etmir.

Mahmudov ötən ilin yayında müqavilə müddətini yeniləyib. Həmin razılaşma 2+1 illikdir. «Neftçi» bu kontraktla kapitanını ən ödənişli futbolçu edib.

Belə ki, paytaxt təmsilçisi Eminə aylıq 60 min dollar əməkhaqqı ödəyir.

Üzümüzə gələn aylarda ona təklif gəlsə, «Neftçi» başbilənləri yarımmüdafiəçiyə «müqavilən var, mütləq qalmalısan» deməyəcək.

İxtiyar kapitanın özünə buraxılacaq. Lazım gəlsə, ondan hansısa ödəmə istənilməyəcək, sərbəst şəkildə ayrılmasına şərait yaradılacaq.

SPORTiNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti