“Yeni gələn oyunçular "Neftçi"nin yükünü qaldırmaqda çətinlik çəkir”

3 Aprel 08:40 Neftçi 346
“Yeni gələn oyunçular "Neftçi"nin yükünü qaldırmaqda çətinlik çəkir”

"Neftçi"nin sabiq kapitanı, hazırda Serbiyada "Jelezniçar" klubunda oynayan Voyislav Stankoviç sportal.az-a açıqlama verib.

"Ağ-qaralar"ın keçmiş kapitanı "Neftçi"nin bu mövsümkü çıxışını şərh edib.

O, paytaxt təmsilçisinin performansı haqda bunları deyib:

"Təbii ki, "Neftçi"nin bu mövsüm bir neçə matçlarını izləmişəm. "Qarabağ"la "Neftçi" arasında fərq yüksəkdir.

"Qarabağ" güclü komandaya malikdir. Təəssüf ki, "Neftçi" altı aydan bir yeni transferlər edir. Bu isə mənasızdır.

Belə davam edərsə, "Neftçi"nin istədiyi məqsəd çatması çətin görünür. Komandaya yeni gələn oyunçular da "Neftçi"nin yükünü qaldırmaqda çətinlik çəkir.

Xatırlayırsız, ötən mövsüm kuboku qazana bilərdik, finaldaydıq. Lakin alınmadı. Bilmirəm, yəni "Neftçi" bu heyətlə kuboku qazanmağı bacaracaq?

Çox istəyərdim ki, komanda yenə final oynasın, kuboka da sahib çıxsınlar. Billmirəm, "Neftçi"nin hazırkı heyətlə kuboku qazanması nə dərəcədə realdır.

"Qarabağ"ın avrokuboklardakı matçlarını izlədim. Onlar həqiqətən də çox gözəl, güclü futbol oynayırlar".

Digər Xəbərlər
Xəbər Lenti