“Neftçi”dən ayrılan legioner xanımını Bakıya niyə göndərib?

3 Aprel 20:40 Neftçi 4 286
“Neftçi”dən ayrılan legioner xanımını Bakıya niyə göndərib?

2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olnuş Baqali Dabo Sportinfo.az-a maraqlı fakt açıqlayıb.

Fransalı hücumçu “Neftçi”dən ayrılarkən əşyalarını Bakıda qoyub getdiyini bildirib.

Sitat:

“2020-ci ilin yayında biz Bakıdan köçəndə uçuşlara məhdudiyyət var idi. Özümüz güclə uçmuşduq, hərəmizə bir baqajla.

Xeyli paltarlarımızı, şəxsi əşyalarımızı və bilgisayarımı Bakıdakı dostumuzun evinə qoymuşduq. Xanımım 2022-ci ildə anası ilə birgə gedib əşyalarımızı götürdü”.

Fransalı hücumçu 2016-2018-ci illərdə "Qəbələ"də çıxış edib. 2018-ci ildən "Neftçi"nin formasını geyinib.

Dabo ölkəmizdə çıxış etdiyi 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

O son 3 ili Kiprdə - “Apollon”da keçirib. Hazırda klubsuzdur.

Digər Xəbərlər
Xəbər Lenti