“Həmişə belə olur” - “Neftçi”nin yarımmüdafiəçisi

3 Aprel 20:20 Neftçi 877
“Həmişə belə olur” - “Neftçi”nin yarımmüdafiəçisi

“Qəbələdə bizə asan olmayacağını bilirdik.

Üç xal dalınca gəlmişdik və istəyimizə çatdığımıza görə məmnunam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç komandasının “Qəbələ” üzərində əldə etdiyi 1:0 hesablı qələbəni şərh edərkən deyib.

“Ağ-qaralar” meydanı qalib tərk etməsinə baxmayaraq, komandanın sərgilədiyi oyun gələcəyə ümid vermədi. Meydan sahibləri 100 faizlik qol imkanlarından istifadə etsəydi, bakılılar meydanı məğlub tərk edəcəkdi.

Bakılıların oyun planında rəqibdən geri qalması göz qabağındaydı. Ozobiç “Neftçi”nin zəif çıxışına səbəb göstərib:

“Millinin oyunlarından sonra həmişə belə olur. Futbolçular yığmaların düşərgəsində olanda, komanda növbəti oyuna tam heyətlə hazırlaşa bilmir.

Düşərgəyə fərqli vaxtlarda qayıdırıq və hər kəs fərqli vəziyyətdə olur. Həm bu, həm də hava amili oyunumuza öz təsirini göstərdi.

Qəbələyə gələn komandalar həmişə havanın ağırlığından əziyyət çəkir”.

28 turdan sonra aktivində 43 xal olan “Neftçi” ikinci pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti