"Neftçi"nin 4 futbolçusu bu gün meydana çıxmayacaq

13 Aprel 11:55 Neftçi 1 015
"Neftçi"nin 4 futbolçusu bu gün meydana çıxmayacaq

Premyer Liqanın 30-cu turunda "Araz-Naxçıvan"la oyundan əvvəl "Neftçi"nin zədəli futbolçularının son durumu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bubarədə klubun mətbuat xidməti məlumat yayıb.

Bərpa prosesi keçən Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən Ataa Caber də “Araz-Naxçıvan”la matçda meydanda ola bilməyəcək.

Sözügedən oyun bu gün keçiriləcək və saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU