"Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da"

13 Aprel 01:00 Neftçi 712
"Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov adının “Neftçi” ilə hallanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı bildirib:

“Hər bir məşqçi istər ki, “Neftçi”də, “Qarabağ”da, millidə çalışsın. “Neftçi” təbii ki, mənə əzizdir.

İlk addımları orda atmışam, tanınmışam. Daha sonra karyeramın parlaq hissəsi “Qarabağ”da keçib.

Eləcə də 17 il millidə oynamışam. Hər üçü mənim üçün doğmadır.

Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da. Ola bilər ki, ümumiyyətlə bu klubların heç birində işləməyim.

İstəyim ölkə xaricində məşqçi kimi çalışmaqdır. Gücümü daha güclü çempionatlarda sınamaq istərdim.

“Neftçi”dən mənə heç bir təklif gəlməyib, aramızda hər hansı danışıq olmayıb. Bütün fikrim hazırda “Zirə”dir.

Həm də indi belə periodda dəvət də gəlməz. “Neftçi”nin də hazırda baş məşqçisi var, ona uğurlar arzu edirəm.

Məşqçi fəaliyyəti bir qədər fərqlidir. Futbolçu kimi tanınmış klublarda oynamağı çox tez istəyirdim.

Amma indi elə deyil. İlk növbədə düşünməlisən ki, bacararam, bacarmaram,

komandaya xeyir verə bilərəmmi. Xeyir verməyəndən sonra işləmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti