“Neftçi”dən ayrıldı, nüfuzlu quruma mətbuat katibi təyin olundu

25 Mart 03:50 Neftçi 2 222
“Neftçi”dən ayrıldı, nüfuzlu quruma mətbuat katibi təyin olundu

Milli Paralimpiya Komitəsinə yeni mətbuat katibi təyin olunub.

Sportinfo.az xəbər verir ki, bu vəzifə Fərid Qarazadəyə həvalə edilib.

O, 2016-cı ildə ölkəmizdə təşkil olunan UEFA U-17 Avropa çempionatının yerli Təşkilat Komitəsində çalışıb,

UEFA AVRO-2020-nin Bakının ev sahibliyi etdiyi oyunların təşkilində media əməliyyatları üzrə direktor müavini olaraq fəaliyyət göstərib.

İdman mediası və idarəçiliyi ilə bağlı ölkə daxilində və xaricdə bir çox beynəlxalq yarışların təşkilində təcrübə keçib.

2022-ci ildən bu təyinatına qədər Qarazadə “Neftçi”nin Mətbuat və marketinq departamentində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"