“Neftçi”nin azad azarkeş qrupu “Forza Neftçi”nin tribunaya qayıdışı ölkə futboluna rəng qatıb.
“Forzalılar” “Qarabağ”la oyun üçün yollandıqları Suraxanı qəsəbəsində möhtəşəm ab-hava yaradıblar.
Kütlə halında “Azərsun Arena”ya doğru irəliləyən azarkeşlərin bəstələr səsləndirməsi, petardlar yandıraraq ətrafı tüstü-dumana bürüməsi insanları təəccübləndirib.
Zərif cinsin nümayəndələri təlaş içində söhbətin nədən getdiyini anlamaqda çətinlik çəksələr də, futboldan az da olsa başı çıxanlar məsələnin məğzini anlayıb.
İngiltərə, İtaliya, Türkiyə kimi ölkələrdə görməyə alışdığımız mənzərəni “Forza Neftçi”nin üzvləri Surxanıda yaratmağı bacarıblar.
Sosial şəbəkələrdə böyük maraqla qarşılanan möhtəşəm anların görüntülərini aşağıdakı linkdə izləyə bilərsiniz.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

