Xəbəriniz olsun, “Neftçi” dörd nəfərdən ibarətdir - VİDEO

12 May 2024 21:40 Neftçi 2 859
Xəbəriniz olsun, “Neftçi” dörd nəfərdən ibarətdir - VİDEO

“Neftçi” ötən tur “Qarabağ”dan aldığı 0:5 hesablı yenilginin acığını “Kəpəz”dən çıxdı.

Meydana ciddi itkilərlə ayaq basan Gəncə təmsilçisi ikinci hissənin gedişində azlıqda qalınca, “ağ-qaralar” rəqibinə rəhm etmədi – 5:1.

“Forza Neftçi” yenə tribunadaydı. Matçboyu sevimli komandalarına dəstək verən azarkeşlər hakimin final fitindən sonra “Neftçi”ni ayaqüstə alqışladı.

Lakin təəssüflər olsun ki, o boyda kollektivdən onların səsinə cəmi dörd futbolçu səs verdi. Hamısı da yerlilər.

Öncə Ağadadaş Salyanski yaxınlaşıb təşəkkür etdi, sonra Qara Qarayev bunu özünə borc bildi, ən sonda Rza Cəfərovla Rəvan Kazımov tribunanın önünə yaxınlaşdı.

Əslində, oyunun qəhrəmanı Andre Şinyaşiki də oradaydı. Lakin o, müsahibə vermək üçün həmin əraziyə yaxınlaşmışdı. Azarkeşlərə minnətdarlığını bildirmək üçün yox.

İki həftə əvvəl azarkeşlərinə tribunaya qayıtmaq çağırışı edən klub rəsmilərinin bu kimi məqamları görməməsi qəribədir. Futbolçular azarkeşləri vecə almırsa, bunu onların başına salmaq lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...