“Qarabağ” istəsəydi, “Neftçi”yə daha 5-6 qol vurardı” - VİDEO

12 May 2024 09:50 Neftçi 853
“Qarabağ” istəsəydi, “Neftçi”yə daha 5-6 qol vurardı” - VİDEO

“Neftçi” ilə “Qarabağ”ın oyunları həmişə maraqla qarşılanıb”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Azərbaycan derbilərinin tarixinə nəzər salıb.

Tanınmış teleşərhçi bildirib ki, əvvəlki illərdən fərqli olaraq, “Neftçi” əzəli rəqibi ilə matçlarda müqavimət göstərə bilmir.

Abbasov qeyd edib ki, “ağ-qaralar” ağdamlılar önündə aciz təsir bağışlayır:

“Qarabağ” 5:0 qalib gəldiyi son qarşılaşmada Juninyo, Benzia kimi aparıcı sımalarını əsas heyətdə meydana buraxmamışdı.

Beş qol vurdular, istəsəydilər, yenə beş-altı qol vurardılar”.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti