Braziliyalı hücumçu "Neftçi"nin ürəyindən xəbər verdi - VİDEOFOTOREPORTAJ

11 May 2024 00:30 Neftçi 1 145
Braziliyalı hücumçu "Neftçi"nin ürəyindən xəbər verdi - VİDEOFOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXXIV turun görüşlərinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günü "Neftçi" və "Kəpəz" kollektivləri üz-üzə gəlib.

"Neftçi Arena"da baş tutan matçda meydan sahibləri 5:1 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada hesabı 36-cı dəqiqədə qonaqlardan Latir Fal açıb.

Fasiləyə bir dəqiqə qalmış Andre Şinyaşiki, 45 + 2-ci dəqiqədə isə Brayan Morenonun qolları paytaxt təmsilçisini hesabda önə çıxarıb.

47 və 76-cı dəqiqələrdə daha iki dəfə fərqlənən Şinyaşiki het-trik edib. Görüşdə yekun hesabı isə 86-cı dəqiqədə "sarı-göylər"in qapısına yol tapan Ağadadaş Salyanskiy təyin edib.

Bu nəticənin ardından Miodraq Bojoviçin komandası xallarının sayını 53-ə çatdırıb. Gəncə klubu isə 35 xalda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti