COP29

“Neftçi” üçün bundan yaxşı şans?

10 May 16:40 Neftçi 544
“Neftçi” üçün bundan yaxşı şans?

Ötən tur “Sumqayıt”dan xal qoparan “Kəpəz” bu dəfə “Neftçi”nin qonağı olacaq.

Gəncə təmsilçisi bu oyuna ciddi itkilərlə çıxacaq.

Komandanın aparıcı simaları İqor Rodriges, Junior Martins, Olavale Onanuqa və Rüfət Əhmədov cəzalı olduqları üçün matçı kənardan izləyəcəklər.

Amil Yunanovla Georgi Papunaşvili isə zədəyə görə bir müddətdir kollektiv çalışmalardan uzaq düşüblər.

Vüsal Məsimovla Mate Kvirkviya da həmçinin. Onların da meydana çıxa bilməyəcəkləri böyük ölçüdə məlumdur.

Mayın 10-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” dueli saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti