COP29

"Yeni transferlərin bəziləri "Neftçi"də oynamağa layiqdir, qalanlar isə yox"

9 May 01:20 Neftçi 931
"Yeni transferlərin bəziləri "Neftçi"də oynamağa layiqdir, qalanlar isə yox"

Sportinfo.az xəbər verir ki, "Neftçi"nin sabiq kapitanı Voyislav Stankoviç sportal.az-a açıqlama verib.

Serbiyada "Jelezniçar"da(Pançevo) oynayan təcrübəli müdafiəçi Bakı klubunun performansını dəyərləndirib:

"Neftçi" stabil futbol oynamır. Vaxtım olanda, baxıram.

Onlar oyunları fərdi ustalıq sayəsində udurlar. Yayda çoxlu dəyişiklik oldu, yeni rəhbərlik gəldi.

Gələn yeni transferlərin bəziləri "Neftçi"də oynamağa layiqdir, amma qalanlar isə yox. Bəziləri anlaşılmaz transferlərdir.

Bu da uğursuzluğa əsas səbəblərdəndir. Bir il ərzində ikinci baş məşqçi gəldi.

Çoxlu dəyişikliklər olanda, qarşısına böyük məqsədlər qoyan, uğurlu və stabil komanda yaratmaq çətindir. Ancaq yenə də ümid edirəm ki, onlar avrokuboklara yollanacaq.

Son turda "Neftçi" "Qarabağ" 0:5 hesabı ilə uduzdu. Bu matç haqda nə demək olar? Buraxılan qollara baxdım.

Bu iki komanda arasında böyük fərq var. "Qarabağ" top komandadır, hansı ki, əla və stabil futbol oynadığını göstərib.

Avrokuboklarda da yüksəksəviyyəli oyun oynayırlar. Bundesliqa çempionu “Bayer”lə necə oynadıqlarını, necə əla performans nümayiş etdirdiklərini gördük.

"Qarabağ"la "Neftçi" arasında fərq yüksəkdir. "Neftçi"yə gələn futbolçular komandanı gücləndirmədi.

Düzdür, bəziləri bu komandada oynaya biləcək oyunçulardır, amma digərləri "Neftçi" kimi komandada oynamağa layiq deyil.

Təəssüf ki, belə də olur. Ümid edirəm ki, yeni sezonda nəyisə dəyişməyə vaxt tapacaqlar, hər şey düzələcək".

Digər Xəbərlər
Xəbər Lenti