COP29

“Neftçi”yə yeni gələn: “Məni narazı salan nəsə yoxdur”

8 May 20:40 Neftçi 757
“Neftçi”yə yeni gələn: “Məni narazı salan nəsə yoxdur”

“Həqiqətən Azərbaycanda olmaqdan məmnunam”.

Bu sözləri Sporinfo.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Alfa Konte deyib.

Sierra Leonedən olan legioner bu ilin əvvəlindən Azərbaycanda çıxış edir.

Görəsən, afrikalı bu müddətdə özünə yeni dostlar tapıbmı? Onu dinləyək:

“Mənim ötən aylarda tanıdıqlarım yalnız futbolla bağlı dostluq münasibətləridir. “Neftçi”də və digər komandalarda çıxış edən oyunçularla görüşürük, danışırıq, xoş vaxt keçiririk.

Burada hər şey yaxşıdır. Məni narazı salan nəsə yoxdur. Ümidvaram ki, hər şey bu cür də davam edər”.

Konte yanvarda “Lokomotiv”dən “Neftçi”yə keçib. Syerra Leone millisinin üzvü “ağ-qaralar”la 2,5 +1 illik müqavilə bağlayıb.

23 yaşlı vinger Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib.

O, yığma komandanın heyətində 2 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti