COP29

"Neftçi"nin müqavilə şərtlərini qəbul etmədi, Türkiyə klubu ilə dil tapmadı

7 May 13:00 Neftçi 2 297
"Neftçi"nin müqavilə şərtlərini qəbul etmədi, Türkiyə klubu ilə dil tapmadı

Eddi İsrafilovun «Neftçi»dəki müqəddəratına aydınlıq gəlib.

2022-ci ildən ağ-qara formanı geyinən milliləşdirilmiş yarımmüdafiəçi iyunda buradan ayrılacaq.

Klubla onun arasında aylardan bəri davam edən danışıqlar nəticəsiz qalıb. Maddi tələblərini yüksəldən millimizin üzvü buna qarşılıq almayınca, getməyi lazım bilib.

Eyni zamanda onun «Boluspor»la görüşmələri də istənilən nəticəni verməyib. Türkiyənin I Liqa təmsilçisi 31 yaşlı orta sahə oyunçusu ilə maliyyə şərtlərində ortaq məxrəcə gəlməyib.

Vüsal İsgəndərlinin də formasını geyindiyi Bolu klubunun illik təklifi 250 min dollardan 150 min dollara kimi aşağı çəkməsi Edini Türkiyəyə yollanmaq fikrindən daşındırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq