COP29

"Qarabağ"a məğlubiyyətdən həzz alan "Neftçi"li futbolçular?

10 May 17:40 Neftçi 1 120
"Qarabağ"a məğlubiyyətdən həzz alan "Neftçi"li futbolçular?

"Neftçi" növbəti dəfə "Qarabağ"a darmadağınla məğlub oldu - 0:5.

Artıq belə məğlubiyyətlər "ağ qaralar" üçün ənənə halını alıb.

Sayını unutmuşam.

Sanki paytaxt klubunda əzəli rəqibə boyun əymək adiləşib.

Futbolda məğlub olmaq da normal hadisələrdən biridir.

Amma gərək uduzanda da meydanda mübarizə qoyub uduzasan. Hələ-hələ əzəli rəqiblə oyunda. Belə matçlarda tərəflərin hazırkı durumundan asılı olmayaraq meydanda əsl mübarizəyə şahidlik etməliyik. Biz isə heç onun M hərfini də görmürük.

Bu gün Premyer Liqanın digər kollektivləri də "Qarabağ"a uduzur.

Amma heç biri "Neftçi" qədər meydanda aciz görünmür.

Ən azı oyunun bəlli bir bölümündə dirəniş göstərirlər. Asan təslim olmamağa çalışırlar.

Məşqçilər taktika fikirləşir, oyunun içində gedişlər edir. Heç olmasa iri hesabla uduzmağın önünü kəsirlər. Bəzən surpriz qələbəyə, bərabərliyə də nail olurlar.

Bu gün heç bir elita təmsilçisi keyfiyyətdə Ağdam klubuna tay ola bilməz. Arada yerlə-göy qədər fərq var.

"Köhlən atlar"ı büdrədən kollektivlər bunu mübarizənin, iradənin hesabına bacarırlar.

"Neftçi"də digər Premyer Liqa təmsilçilərinə nisbətdə keyfiyyət də az deyil.

Lakin meydanda keyfiyyət bir kənara, "Kəpəz"də, "Turan" 3-4 min manat maaş olan sıradan bir futbolçunun döyüş ruhunu, iradəsini "ağ qaralar"ın milyonluq futbolçularında görmürük.

"Qarabağ" istəsə daha çox qol vura bilərdi.

Çünki Neftçi"nin futbolçuları meydanda tamaşaçı təsiri bağışlayırdı.

Sanki olanlardan həzz alırdılar.

"Neftçi" azarkeşini də ağır məğlubiyyət yox, məhz belə aciz yanaşma daha çox incidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti