COP29

“Mənə belə pul qazanmaq lazım deyil” – “Neftçi”nin legionerindən ŞOK SÖZLƏR!

2 May 20:00 Neftçi 2 721
“Mənə belə pul qazanmaq lazım deyil” – “Neftçi”nin legionerindən ŞOK SÖZLƏR!

“Neftçi”dəki durumumdan nə dərəcədə məmnun olduğumu demək çətindir.

Bəlkə də gələcəkdə hər şey yaxşı olacaq”

Qış fasiləsində böyük ümidlərlə “Neftçi”yə cəlb olunan Alfa Konte Sportinfo.az-a açıqlamasında komandada özünü necə hiss etməsi ilə bağlı sualı cavablandırıb.

Yanvardan bu yana Premyer Liqada baş tutan 12 oyunun yalnız 3-də əsas heyətdə yer alan Syerra Leonedən olan vinger ümumilikdə 8 matçda 296 dəqiqə şans qazanıb.

24 yaşlı afrikalı “Neftçi”dəki durumundan razı deyil. O, daha çox şans qazanmaq istəyir, milli komandadakı yerini itirmək fikrində deyil:

“Mən bura oynamaq, “Neftçi”yə kömək etmək üçün gəlmişən. Təsəvvür edin, heç bir səbəb olmadan 6 oyunda kənarda qalmışam.

Onda mənimlə niyə müqavilə bağlayıblar? Dürüst olaq, oynamayacaqdımsa, niyə buradayam?

Ancaq pul qazanmaq üçün? Mənə belə pul qazanmaq lazım deyil.

Özümü əsas heyətdə yer alanların heç birindən zəif hesab etmirəm. Gücümə güvənirəm və nəyə qadir olduğumu bilirəm.

Milli komandanın üzvüyəm. Bu dəqiqə milli komanda ilə problemim var.

Baş məşqçimiz zəng vurub niyə oynamadığımı soruşur. Oynamayan futbolçunu yığmaya kim dəvət edər?”

Danışdıqca özündən çıxan, gözlərini yumub ağzını açan afrikalı futbolçu bu mövzuda baş məşqçi Miodraq Bojoviçlə danışmayıb və danışmaq fikrində olmadığını deyib:

“Kiminsə yanına gedib “niyə oynamıram” deməyi xoşlamıram. İstər baş məşqçi olsun, istərsə də klub rəsmisi. Öz problemimi komandanın üzərinə yıxmaq istəmirəm. Qoy məndə qalsın.

Bir müddət öncə “Neftçi”nin idman direktoru Yens Andersson təşkil olunan mətbuat konfransında Alfa Konte və Brayan Moreno haqda danışarkən, onların gənc olduğunu, gələcəkdə “ağ-qaralar”a fayda verəcəklərini bildirmişdi.

İsveçli funksionerin dediklərini Alfanın diqqətinə çatdıranda cavabı belə oldu:

“Gənc futbolçuya daha çox şans vermək lazımdır ki, özünə inansın, təcrübəsi artsın. Bunları etməsən heç nə alınmayacaq. Ehtiyatda otursun, sona yaxın 5-10 dəqiqə şans qazansın, bu, heç nədir.

Mən daha çox oynamaq istəyirəm! Mövsümün sonuna qədər bu şəkildə davam etsə, qərarımı verəcəyəm.

Yenə deyirəm, “Neftçi”ni sevirəm və komandama kömək etmək istəyirəm. Uğur qazanmaq üçün hər şeyimi verməyə hazıram, təki oynayım”.

“Neftçi”ylə 2027-ci ilin yayına qədər müqaviləsi olan 24 yaşlı futbolçu daha öncə İsraildə “Hapoel Umn al-Fahm” və “Hapoel Rishon”, Bolqarıstanda “Lokomotiv Plovdiv” komandalarının şərəfini qoruyub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti