COP29

"Neftçi"nin yeni AĞAsı

30 Aprel 17:40 Neftçi 2 089
"Neftçi"nin yeni AĞAsı

«Neftçi» cari mövsümün növbəti böyükhesablı qələbələrindən birini həftəsonu qazandı.

«Turan Tovuz»a 3 cavabsız qol vurdular.

Fərq daha böyük ola bilərdi. İndi bundan danışmayacam. Daha vacib saydığım 2 hadisənin üzərində dayanacam.

Ən birincisi «Forza Neftçi»nin tribunaya qayıtmasıdır. «Neftçi»nin onlarsız bir günü olmasın. «

Forza»nın yoxluğunda Bojoviçn komandası qanadsız quşa bənzəyirdi. Boş tribunalar önündə meydana çıxmağı heç bir futbolçuya arzu eləmirəm.

Bu, bədbəxlikdir.

«Forza»ya təşəkkür düşür ki, «Neftçi»nin futbolçularını bu intizardan qurtardılar. Yoxsa daha pis hadisələr baş verə bilərdi.

3:0-da «Forza»nın rolu birbaşadır. Tərəfdar qrupu stadionun qapısından içəri bayaq basmasaydı, böyük ehtimalla, «Neftçi» yenə nəticədən məyus halda paltardəyişmə otağının yolunu tutacaqdı.

Ağadadaş Salyanski «Neftçi»nin gələcəyidir. Bojoviç iki oyundur ki, bu gənc hücumçuya əsas heyətdə yer verir.

Qol vurmaq şansı 2-3 epi zodda Ağadadaşın ayağına gəldi, təcrübəsi çatmadı ki, adını tabloda oxusun. İçindəki həyacan üzündən, hərəkətlərindən hiss olundu.

Yoldaşlarının jesti gözümdən yayınmadı - hər qaçan fürsətdən sonra Ağanın yanına gəldilər, ürək-dirək verdilər.

Belə məhribanlığı son vaxtlar «Neftçi»də müşahidə eləməmişdim. Axırıncı yox, axarıncı olsun.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
20 May 08:50 Mahir döndü - VİDEO
20 May 03:00 "Sabah" revanş aldı